Modern.az

Mağazadan oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxslər saxlanıldı

Aktual

11 Dekabr 2021, 12:24

Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini, ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Əlişirin Cabbarov və Abdulla Xanbutov saxlanılıblar.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin axşam saatlarında sözü gedən mağazaya girərək oradan 120 manat pul, ümumilikdə 96 manat dəyərində kontur və spirtli içki oğurladıqları müəyyən edilib.

 

Faktla bağlı Qusar RPŞ-nin araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı