Modern.az

Qohumundan 100 min dollar tələb etdi - TUTULDU

Qohumundan 100 min dollar tələb etdi - TUTULDU

Aktual

11 Dekabr 2021, 13:48

Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...