Qubada silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirildiyinə görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı Quba-Qusar yolunun sol tərəfində yerləşən “Gülüstan” gölünün kənarından ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

 

Bundan əlavə olaraq RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

 

 

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.