Modern.az

Karantin qaydalarını pozan hamam aşkarlandı

Karantin qaydalarını pozan hamam aşkarlandı

Aktual

11 Dekabr 2021, 16:36

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayon Polis Şöbəsinə rayonun Balaqusar kəndi  ərazisindəki hamam binasında sauna salonunun sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət bir neçə nəfəri Polis Şöbəsinə gətiriblər. Həmin şəxslərlə  profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.

 

Qanun pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə ediliblər. Hamamın icarədarı  Amik Hacıağayev  barəsində də protokol tərtib edilib və  baxılması üçün məhkəməyə göndərilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı