Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik Fyodor Ladıgin uzun sürən xəstəlikdən sonra vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının Hərbi Liderlər Klubunun qərargah rəhbəri Nikolay Deryabin bildirib.
"Fyodor İvanoviç uzun sürən xəstəlikdən sonra 84-cü yaşında vəfat edib", - o bildirib.
Qeyd edək ki, general Ladıgin 1992-1997-ci illərdə Baş Kəşfiyyat İdarəsinin Baş Qərargahına rəhbərlik edib.