Modern.az

Restoran sahibi 4 min manat cərimələndi

Restoran sahibi 4 min manat cərimələndi

Aktual

11 Dekabr 2021, 16:54

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən "Gözəl Ağsu" şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?