Modern.az

ÜST Azərbaycana 1 milyondan çox fərdi qoruyucu vasitə verdi

ÜST Azərbaycana 1 milyondan çox fərdi qoruyucu vasitə verdi

Aktual

11 Dekabr 2021, 17:12

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu (ARB) Azərbaycanın tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST ARB-nin tviter səhifəsində deyilir.

 

“ÜST ARB Avropa İttifaqının vəsaiti hesabına Azərbaycandakı tibb işçilərinə 1 milyondan çox fərdi qoruyucu vasitə, o cümlədən maskalar və əlcəklər təqdim edib. Bacarıqlı və qorunan işçi qüvvəsi səhiyyənin bütün xidmətlərindən istifadənin mümkünlüyü baxımından vacibdir”, - paylaşımda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı