12 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
Modern.az xəbər verir ki, Penitensiar Xidmətin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat aparatları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmamış Fərəcullazadə Ağamehdi Şakir oğluna məxsus ümumilikdə 11 kiloqram 874,669 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.