Modern.az

Piyadanı öldürüb qaçan sürücü tapıldı

Piyadanı öldürüb qaçan sürücü tapıldı

Aktual

11 Dekabr 2021, 17:36

Bakıda piyadanı vuraraq öldürüb hadisə yerində qaçan sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 10-da saat 3 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rais Kəmaləddinov vurulub və o, hadisə yerində ölüb.

 

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini M. Quliyev saxlanılıb. Sabunçu RPİ-də araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...