Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusun “həyəcan verici” variantı olaraq müəyyənləşdirilən və “B.1.1.529” adlandırılan “Omicron” ştammını araşdıran Honq Konq Universitetinin alimləri elektron mikroskop altında variantın görüntülərini yayımlayıb
Modern.az xəbər verir ki, öatoloqlar və virusoloqlar qrupu “Omicron” virusunu meymun böyrək hüceyrələrinə (Vero E6) yeridib və daha sonra hüceyrənin yüksək və aşağı keyfiyyətə malik fotoşəkillərini çəkib.
Aşağı keyfiyyətə malik fotoşəkildə tədqiqatçılar virusun kiçik qara viral hissəcikləri olan hüceyrələrə necə zərər verdiyini izah ediblər.
Yüksək keyfiyyətli fotoşəkil səthində tac formalı çıxıntıları olan bir qrup viral hissəcikləri aşkar edilib.
Honq Konq Universitetinin Mikrobiologiya Departamentinin tədqiqatçıları bildiriblər ki, onlar “Omicron”u klinik nümunələrdən təcrid etməyə nail olublar ki, bu da hər hansı digər məlum variantdan daha çox mutasiyaya malik yeni varianta qarşı vaksinlərin işlənib hazırlanmasına və istehsalına imkan verəcək.
Akif İsmayılov