Modern.az

"Omicron": Qorxmaq lazımdır?

Aktual

11 Dekabr 2021, 22:59

Yeni növ koronavirusun (COVID-19) bu yaxınlarda ortaya çıxan "Omicron" variantı dünyada panikaya səbəb olub. 

 

Modern.az xəbər verir ki, "The New York Times" qəzetində dərc olunan məqalədə ilk dəfə Botsvana və Cənubi Afrika Respublikasında (CAR) aşkar edilmiş yeni ştammın çox sayda mutasiyaya malik olmasının səhiyyə rəsmiləri və alimlər arasında narahatlığa səbəb olduğu qeyd olunur.

 

Nəzəri baxımdan hər hansı ştammda mutasiyaların çox olması onun daha yoluxucu olmasına səbəb olur. Daha çox mutasiya, həmçinin vaksinlərə qarşı daha çox müqavimət göstərə bilər.

 

Yeni variant dünyanın 30-dan artıq ölkəsində aşkar edilib və qlobal panika yaradıb. Bir sıra Avropa ölkələri və ABŞ Afrikanın cənubunda yerləşən ölkələrdən təyyarə reyslərini qadağan ediblər, bəzi ölkələr ümumiyyətlə turist qəbulunu dayandırılıblar.

 

Qəzetdə dərc olunan məqalədə qeyd olunur ki, "Omicron" ştammının əvvəlki variantlardan daha təhlükəli olmasını göstərən heç bir fakt hələki mövcud deyi. "Delta" ştammı daha yoluxucu olmasına və vaksin vurdurmayanlarda bir qədər ağır simptomlar yaratmasına baxmayaraq, özündən əvvəlki variantlarda ölümcül deyil. "Omicron"nun da daha yoluxucu və ya ölümcül olması barədə heç bir elmi fakt yoxdur.

 

İlkin məlumatlara görə "Omicron" daha yüngül simptomlara malikdir. Amma bu müşahidələr CAR-da tələbələr arasında aparılıb. Məlumdur ki, gənc insanlar bu xəstəliyi yaşlılardan daha yüngül keçirirlər.

 

Həkimlər bildirirlər ki, bu ştamma yoluxanlarda sadəcə yorğunluq, boğaz qıcıqlanması və yüngül öskürək olur. İlkin məlumata görə, virusun yeni variantı qoxu və dadbilməyə təsir göstərmir.

 

Bəzi alimlər və şirkətlər mövcud vaksinlərin "Omicron"a qarşı daha az effektli olacağının istisna etmir. Lakin viroloqlar deyirlər ki, yeni ştamm barədə qəti hökm vermək üçün iki və daha çox həftə gözləmək lazımdır. Vaksin istehsalçıları istehsal etdikləri peyvəndlərin yeni ştamma uyğun olaraq modifikasiya edilə biləcəyini vurğulayırlar.

 

Məqalə müəllifinin sözlərinə görə, "Omicron"u laboratoriya şəraitində aşkar etmək daha asandır.

 

Koronavirus insanların orqanizmində özünü nüsxələyib artdıqca yeni mutasiyalar ortaya çıxır. Bu mutasiyalardan bir çoxu virusa əlavə güc verməyə də bilər. Amma virusu daha təhlükəli edən mutasiyaların da ortaya çıxaması mümkündür. Botsvanadakı pasientlərin bəzilərində 50-dək mutasiyası olan "Omicron" ştammı aşkar olunub. İnsan orqanizmindəki anticisimlər koronavirusun tac çıxıntılarını hədəfləyir. Lakin əgər bu çıxıntılarda 30-dan çox mutasiya varsa, anticismlər xəstəliyin öhdəsindən gəlməkdə çətinlik çəkə bilərlər.

 

Qeyd etmək yerinə düşər ki, bundan əvvəl tapılmış "Beta" və "Mu" variantlarının da vaskinlərə qarşı müqavimət göstərəcəyi iddia olunurdu, lakin bu, baş vermədi.

 

"Moderna", "Pfizer/BioNTech" və "Johnson & Johnson" kimi əczaçılıq şirkətləri "Omicron" ştammını diqqətlə öyrəndiklərini və tezliklə mövcud vaksinlərə buna uyğun dəyişiklik ediləcəyini bildiriblər.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı