Modern.az

İrəvan meri vəzifəsindən uzaqlaşdırıla bilər

İrəvan meri vəzifəsindən uzaqlaşdırıla bilər

Aktual

15 Dekabr 2021, 19:58

İrəvanın bələdiyyə şurasının “Mənim addımım” fraksiyası Ermənistan paytaxtının meri Hayk Marutyana etimadsızlıq səsverməsinin elan edilməsi prosesinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə fraksiya üzvü Armen Kotolyan məlumat verib.

 

O, bu prosesin başlanmasının səbəblərini açıqlamayıb və qeyd edib ki, fraksiya sonradan öz əsaslandırmalarını təqdim edəcək.

 

Erməni mətbuatının məlumatına görə, onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi 3 amil göstərilir. Birincisi Marutyan Ermənistan hakim “Mülki müqavilə” partiyasını təkr edib, ikincisi yerli özünüidarə orqanlarına seçkilər zamanı Paşinyanın komandasına dəstək verməyib, üçüncü isə onun müxalifət bloku ilə yaxın əlaqələrə malik olduğu qeyd olunur.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı