Modern.az

“Bosniya və Herseqovina ilə iqtisadi əlaqələrimiz qaneedici deyil” - Ceyhun Bayramov

“Bosniya və Herseqovina ilə iqtisadi əlaqələrimiz qaneedici deyil” - Ceyhun Bayramov

Aktual

23 Dekabr 2021, 13:16

"Görüş zamanı bölgədə olan son vəziyyət və ölkələrimiz arasında əlaqələr əsas mövzu oldu".

Modern.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib. 

“İki ölkədə səfirliklərin açılması ilə bağlı məsələlər müzakirə olundu və bu mövzuda müsbət nəticələr əldə etdik. Ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə əsas olacaq. Parlamentlər arasında yaxşı əlaqələrimiz var. Parlamentlərarası işçi qruplarının fəaliyyəti müzakirə etdiyimiz mövzular arasında idi. Həm humanitar, həm də mədəniyyət sahəsində əlaqələrimizin güclənməsinə həsr olunan mövzular da vardı. İki ölkə arasında iqtisadi əlaqələr o qədər də qaneedici deyil. Bunun üzərində daha da işləyəcəyik",- C.Bayramov deyib

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı