Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə, rayonun Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Rafət Qurbanov, YAP rayon təşkilatının sədri Elçin İsmayılov, partiya rayon təşkilatının idarə heyətinin üzvləri və partiya fəalları iştirak ediblər.
Konfrans iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirildi. Konfrasda torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra çıxış edən natiqlər Möhtərəm Prezidentimiz, beynəlxalq siyasi arenada xüsusi nüfuza malik dünya şöhrətli siyasi lider, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 60 illik mənalı ömür yolu və dövlət başçısı, hakim partiya - Yeni Azərbaycan Partiyasının sədri kimi səmərəli fəaliyyəti ilə bağlı geniş fikirlər söylədilər.