Modern.az

Azərbaycan və Bosniya və Herseqovina səfirliklər açacaq - Nazir

Azərbaycan və Bosniya və Herseqovina səfirliklər açacaq - Nazir

Aktual

23 Dekabr 2021, 13:33

Azərbaycan və Bosniya və Herseqovina parlamentləri tərəfindən qəbul olunan qərarla iki ölkədə səfirlik açılacaq. 

Modern.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. 

"Bu qərar iki ölkə arasında insanların bir-birinə daha yaxın olmasına şərait yaradacaq. Fürsətdən istifadə edərək Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edirik. Xüsusilə də koronavirus zamanı göstərdiyi dəstəyə görə...
Ölkələr arasında məsafə çoxdur, amma bu əlaqələrimizi azaltmalı deyil. Bu görüşü də ona görə qərarlaşdırdıq ki, iki ölkə arasında bağlanacaq müqavilələri tezləşdirək. Bundan başqa, Qarabağ məsələsini müzakirə etdik. Bununla bağlı bizim parlament qətnamə qəbul etmişdi. Həmin qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bundan sonra da bu, belə olacaq. Ümid edirəm ki, gələn dəfə görüşümüz səfirliklərin açılışında olacaq".
 

Bosniya və Herseqovinanın xarici işlər naziri deyib ki, ölkələr arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir.


“Görüşdə Cənubi Qafqaz və Balkanlarda mövcud vəziyyət, ikitərəfli və çoxtərəfli əməkdaşlıq geniş müzakirə edildi. Yaxın zamanda səfirliklərimiz əməli fəaliyyətə başlayacaq ki, bu da mövcud əlaqələrimizi genişləndirəcək. Habelə siyasi məsləhətləşmələrin mexanizminə başlamaq barədə razılıq əldə olundu. Bu, hər iki bölgədə vəziyyəti geniş başa düşməyə imkan verəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı