Modern.az

Paşinyan Facebook-da canlı yayıma çıxacaq

Paşinyan Facebook-da canlı yayıma çıxacaq

Aktual

23 Dekabr 2021, 14:08

Dekabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə baş nazir özü bildirib.

 

“Sabah, dekabrın 24-də saat 20:00-da Facebook səhifəsində canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandıracam.

Kütləvi informasiya vasitələri və ictimai qurumlar suallarını bu gün saat 20:00-dək elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər. Zəhmət olmasa bir sual göndərin",-deyə baş nazir öz Facebook səhifəsində yazıb və əlavə edib ki, suallara cavabların təxmini müddəti 2 saat ərzində olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...