Modern.az

Naftalanda Şəhid ailələri ziyarət olunub

Naftalanda Şəhid ailələri ziyarət olunub

Aktual

23 Dekabr 2021, 14:32

Şəhid ailələrinin, qazilərin qayğıları həmişə olduğu kimi, bu gün də nəzər və diqqətdədir. ŞİH-nin başçısı və şəhər polis şöbəsinin rəisi Yeni il bayramı ərəfəsində Şəhid Adıgözəlov Fərid İlqar oğlunun ailəsini ziyarət edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı ŞİH-nin başçısı qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları şəhər icra hakimiyyətinin daim onların yanında olduğunu bildirib. İcra başçısı şəhid ailəsini dinləyib, onları maraqlandıran bəzi  məsələlərlə əlaqədar ətraflı məlumat verib.

 

Şəhidlərin əziz xatirəsi dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını vurğulayıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilənib. 

 

Şəhidin övladına igid oğullarımızın 44 günlük Vətən müharibəsindəki qəhramanlıqları və döyüş yolundan bəhs edən real hadisələrə əsasən yazılmış hekayələrdən ibarət “44 gün Qarabağda” kitabı hədiyyə edilib, Yeni il hədiyyəsini verilib, həmçinin ailəyə bayram sovqatı çatdırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı