Modern.az

Bakıya 170 yeni avtobus GƏTİRİLİR

Bakıya 170 yeni avtobus GƏTİRİLİR

Aktual

23 Dekabr 2021, 16:10

 

2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə Respublikasının BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro 6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir.  Cari ildə ümumilikdə 578 avtobus BakıKart-a inteqrasiya edilib.

 

Vətəndaş müraciətləri və gündəlik təhlillərin nəticəsi əsas götürülməklər 42 marşrut xətti optimallaşdırılıb, 7 müntəzəm marşrut xətti yenilənib, 14 yeni marşrut xətti təşkil edilib.

 

İl ərzində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılıb. Belə ki, 270-ə yaxın yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib.

 

Sərnişindaşıma sahəsində görülən işlərin artıq müsbət təsirləri də hiss edilməkdədir. Bu mənada ən əsas göstərici pandemiya zamanı ictimai nəqliyyatda dayanıqlığın təmin olunmasıdır. Digər qeyd olunmalı məqam isə illik səyahət göstəricisidir. Müntəzəm marşrut xəttləri üzrə avtobuslarla səyahət edənlərin sayı ötən illə müqayisədə 11 % artıb. Marşrut şəbəkəsində ümumi dövriyyənin 49 %-nin şəffaflaşdırılması da görülən tədbirlərin əsas nəticələrindəndir. Məlumat üçün qeyd edək ki, hazırda gündəlik olaraq 800 minə yaxın sərnişin ictimai nəqliyyatda  nağdsız ödənişdən istifadə edir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı