Modern.az

Sabirabadda 34 yaşlı kişi 6 aydır itkin düşüb

Sabirabadda 34 yaşlı kişi 6 aydır itkin düşüb

Aktual

23 Dekabr 2021, 16:28

Sabirabad rayon sakini, 34 yaşlı Xəyal Həsənov cari ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı