Sarayevo Biznes Forumu (SBF) 2 illik pandemiya fasiləsindən sonra yenidən təşkil olunacaq.
Modern.az xəbər verir ki, “Balkanların Davosu” olaraq xarakterizə edilən Sarayevo Biznes Forumunun 11-cisi koronavirus epidemiyası səbəbindən məcburi fasilədən sonra gələn il mayın 11-12-də yenidən keçiriləcək.
Forumun əsas mövzusu “Bosniya və Herseqovinada xarici şirkətlərə aid məhsulların istehsalı” olacaq.