Göygöldə evdən kişi meyiti tapılıb.
Modern.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Fərman Kərimzadə küçəsində yerləşən yaşayış evlərindən birində 1968-ci il təvəllüdlü Vaqif Bayramovun cəsədi aşkarlanıb.
53 yaşlı kişinin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.