Modern.az

Vətəndaşlardan 15 sənədsiz ov tüfəngi götürüldü

Vətəndaşlardan 15 sənədsiz ov tüfəngi götürüldü

Aktual

27 Dekabr 2021, 09:48

Vətəndaşların qanunsuz saxladığı 15 ov tüfəngi götürülüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də və 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı