Modern.az

Əjdər Olun məhkəməsinin vaxtı açıqlandı

Əjdər Olun məhkəməsinin vaxtı açıqlandı

Aktual

27 Dekabr 2021, 10:32

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhəkəmə iclasının vaxtı məlum olub.

 

Modern.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.

 

Cinayet işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsüylə tanınan şair-publisistdir.

 

Əjdər Ol Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı