Modern.az

Ofisdən 8600 manat OĞURLANDI

Ofisdən 8600 manat OĞURLANDI

Aktual

27 Dekabr 2021, 13:05

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuriyer şirkətinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıb.

 

Rəsmi məlumata görə, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar