Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.
İdarədən Modern.az-a verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.
2021-ci ildə müvafiq müraciətlər əsasında vakant yerlər üzrə 145 nəfər işlə təmin olunub.