Rusiya-NATO görüşünün yanvarın 12-də keçiriləcəyi gözlənilir.
Modern.az xəbər verir ki, “Reuters” bu barədə Ağ Ev rəsmisinə istinadən bildirib.
Rusiya Xarici İşlər Nazirliyi təsdiq edir ki, təhlükəsizlik zəmanətləri üzrə ABŞ-la yanvarın 10-da, NATO ilə isə yanvarın 12-də danışıqlar aparıla bilər, lakin gələcək məsləhətləşmələrin bütün aspektləri üzrə hələ də yekun və tam razılıq yoxdur.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu barədə RİA Novosti-yə bildirib.
Yanvarın 12-də NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı mümkün danışıqlardan danışan Ryabkov bu tarixin üzərində işləndiyini təsdiqləyib.
"Bizim bütün aspektlər üzrə yekun, tam razılığımız yoxdur, lakin alternativ tarixlər də nəzərdən keçirilmir", - Ryabkov izah edib.