Modern.az

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər

Aktual

28 Dekabr 2021, 13:35

Bu gün - dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək.
Qeyri-formal sammitə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.


MDB dövlət başçılarının qeyri-formal sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyuanın növbədi təfə görüşə biləcəyi ehtimalı var. Ehtimal olunur ki, Azərbaycan və Ermənistan liderləri Rusiya prezidenti Putinin vasitəçiliyilə müzakirə apara bilərlər. 
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə də bu sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirmişdi.


Siyasi ekspert Asif Nərimanlı Modern.az-a açıqlamasında bildirib ki,  görüşlə bağlı iki fikir irəli sürülür:


“Birinci fikir geniştərkibli olacağına dairdir. Bura müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirləri daxildir.
İkincisi isə üçtərəfli olacağına dairdir. Burada da Putin, Əliyev və Paşinyan görüşəcəyi ehtimal olunur.


Geniştərkibli görüş iddiası üçtərəfli görüşlə müqayisədə daha az inandırıcıdır. Lakin hər iki formatda qurulacaq masanın gündəliyinin eyni olması ehtimalı böyükdür.
İlkin müzakirə olunacaq məsələlərə sərhədlərin delimitasiya və demarkasiyası üzrə razılaşmanın praktiki mərhələ ola bilər. Bura delimitasiya müqaviləsinin hazırlanması və demarkasiya üzrə ikitərəfli komissyanın yaradılması daxildir. Putin sərhədlə bağlı ilin sonuna qədər mexanizmlərin hazırlanması ilə bağlı dedikləri, Paşinyanın son açıqlamaları da da bu fikri gücləndirir.


İkinci müzakirə oluna biləcək məsələ kommunikasiyanın açılması ilə bağlı Soçi və Brüssel razılaşmaların, praktiki mərhələdə atılacaq addımların müzakirə edilməsi ola bilər. 
Üçüncü məsələ  isə  yekun sülh sazişi ilə bağlı ola bilər. Brüssel görüşündən sonra Putin Rusiyanın vasitəçilik missiyasını daha da qətiləşdirmək üçün bu məsələni də ümumi kontekstdə gündəmə gətirə bilər. Mümkün görüşün əsas məqsədi razılaşmaların praktiki mərhələdə həyata keçirilməsinin müzakirəsidir”.


Xatırladaq ki, 1991-ci ildə yaradılan MDB-yə Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı