Modern.az

Magistral kəmərdə qəza

Magistral kəmərdə qəza

Aktual

28 Dekabr 2021, 19:39

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

 

Bildirilib ki, rayonun Naxçıvani küçəsində ("Nazlı Saray" şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

 

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı