Modern.az

Beynəlxalq Olimpiya Komitəsindən XƏBƏRDARLIQ

Beynəlxalq Olimpiya Komitəsindən XƏBƏRDARLIQ

Aktual

29 Dekabr 2021, 10:06

Beynəlxalq Olimpiya Komitəsi (IOC) müəyyən ölkələrə böyük yarışlarda siyasi səbəblərdən iştirak qadağası qoyan təşkilatçı dövlətlərə xəbərdarlıq edib.

 

Modern.az-ın məlumatına görə, IOC bu yaxınlarda baş vermiş iki insidenti xatırladıb.

 

Bunlardan biri Malaziyada keçirilmiş skvoş üzrə komandalararası dünya çempionatı üçün İsrail idmançılarına viza, digəri isə Serbiya hökumətinin Kosovoya boks üzrə dünya çempionatında iştirak icazəsi verməməsidir.

 

Ali qurumdan bildirilib ki, belə siyasəti davam etdirəcəkləri təqdirdə, Malaziya, Serbiya və digər ölkələrin Olimpiya Xartiyasını pozduqlarını əsas gətirilərək, onların böyük tədbirlərə ev sahibliyi etmələrinə qadağa qoyulacaq.

 

IOC dövlət rəhbərlikləri ilə birgə qərarın qəbul olunmasından ötrü Malaziya və Serbiyanın milli olimpiya komitələri ilə işləməyə davam edəcəklər. Qurum lazımi təminatlar əldə olunana qədər ölkələrin beynəlxalq idman yarışlarına ev sahibliyi etmək hüququndan məhrum olacaqlarını da diqqətə çatdırıb.

 

Qeyd edək ki, Malaziya və İsrail ölkələri arasında diplomatik əlaqələr yoxdur. Bu səbəbdən İsrail vətəndaşlarının ölkəyə girişi qadağan edilib. 2019-cu ildə para-üzgüçülük üzrə dünya çempionatı Malaziyadan alınıb və yarış Böyük Britanıyanın paytaxtı Londonda gerçəkləşib. Buna onların israilli idmançılardan imtina ilə bağlı hədələri səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı