Modern.az

İcra hakimiyyətində müşavirə keçirilib

İcra hakimiyyətində müşavirə keçirilib

Aktual

10 Yanvar 2022, 12:22

Goranboy rayon İcra Hakimiyyətində  İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, 2022-ci ilin ilk Aparat müşavirəsi keçirilib.

 

Modern.az xəbər verir ki, müşavirədə vətəndaş müraciətlərinə baxılması,xüsusən də Şəhid ailələri və Qazi müraciətlərinin operativ yerində araşdırılması və həlli, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların işlənilməsi, 2021-ci ildə görülmüş işlər və 2022-ci ildə görülməsi nəzərdə tutulan işlər ilə bağlı hesabat məruzəsinin hazırlanması və rayon ərzasində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yolkənarı ərazilərdə təmizlik işlərinin aparılması istiqamətlərində ərtaflı müzakirələr aparıldı.

 

İcra Başçısı qeyd olunan sahələr üzrə daha məsuliyyətli  və səmərəli işlərin görülməsi məqsədi ilə, ciddi tapşırıq və tövsiyyələrini bildirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı