Modern.az

​​​​Arvadını baltalayan şəxsin ittihamı AĞIRLAŞDIRILDI

​​​​Arvadını baltalayan şəxsin ittihamı AĞIRLAŞDIRILDI

Aktual

10 Yanvar 2022, 16:48

Bakıda arvadını amansızlıqla qətlə yetirən şəxsin ittiham oldunduğu maddə dəyişdirilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilib.

 

Rəsmi məlumata görə, hazırda istintaq davam edir.

 

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluguna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Nahidə Həsənova əvvəllər "Lider" Televiziyasında texniki şöbənin əməkdaşı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı