Modern.az

Kalın və Sallivan Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

Kalın və Sallivan Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

Aktual

10 Yanvar 2022, 20:37

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir k, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

 

Telefon danışığı zamanı Türkiyənin Balkanlarda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirməkdə qətiyyətli olduğu vurğulanıb.

 

Kalın bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.

 

Bundan əlavə, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı son durum da müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı