Modern.az

Məktəbli sinif yoldaşını bıçaqladı

Məktəbli sinif yoldaşını bıçaqladı

Aktual

10 Yanvar 2022, 23:15

162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib.

 

Modern.az xəbər verir ki, məktəbdən verilən məlumata görə, şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

 

Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.

 

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı