Modern.az

Türkiyədə ağır qəza

Türkiyədə ağır qəza

Aktual

16 Yanvar 2022, 08:59

Türkiyənin Sivas bölgəsində ağır yol qəzası baş verib.

 

 

Modern.az "Habertürk"-ə istinadən xəbər verir ki, Sivasın Koyluhisar bölgəsində magistral yolda içərisi sərnişinlərlə dolu avtobus aşıb.

 

 

Hadisə nəticəsində 15 nəfərin yaralandığı bildirilir. Onlardan 4-nün vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır.

 

 

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

 

 

Qəza nəticəsində ölkənin həmin istiqamətdəki bir neçə magistral yoluna müvəqqəti məhdudlaşdırılma tətbiq edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV