Modern.az

Polis reanimasiyada olan xəstəni güllələdi

Polis reanimasiyada olan xəstəni güllələdi

Aktual

16 Yanvar 2022, 12:30

ABŞ-ın Şimali Karolina ştatında polis xəstəxananın reanimasiya şöbəsində müalicə alan şəxsi güllələyib.

 

 

Bu barədə Modern.az “ABC News” istinadən xəbər verir.

 

 

Kanalın məlumatına görə, kişi Durham polisinin nəzarətində olub və Dyuk universitetinin xəstəxanasında müalicə olunurmuş. Lakin saxlanılan şəxs polis əməkdaşına hücum edərək onun silahını götürüb.

 

 

Polis isə öz növbəsində üzərində olan digər tapança ilə saxlanılan şəxsi güllələyib. Xəstəxananın tibb işçiləri kişiyə tibbi yardım göstərsələr də, o, dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı