Modern.az

Acınacaqlı vəziyyətdə olan azyaşlılar NƏZARƏTƏ GÖTÜRÜLDÜ -YENİLƏNDİ

Acınacaqlı vəziyyətdə olan azyaşlılar NƏZARƏTƏ GÖTÜRÜLDÜ -YENİLƏNDİ

Aktual

16 Yanvar 2022, 13:48

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Modern.az-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar:

 

"Azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Yəni o, COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".

 

M. Məsimov bildirib ki, ilkin olaraq  orada  yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli  ünvanda yerləşdiriləcək və daha sonra  onlarla bağlı  müvafiq qərar qəbul ediləcək.

 

 

Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.

 

İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı hüquq müdafiəçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb:

 

"Gecədən bu videonu onlarla izləyici mənə göndərib. Şamaxı rayonunun kəndlərinin birindədir bu uşaqlar... Anaları deyilənə görə COVİD ə yoluxub xəstəxanadadır.

Kənd camaatı uşaqlara baxır, yemək verir. Şamaxı Rayonu İcra Hakimiyyəti yəqin ki, məlumatlıdır. Hə, yəni ancaq məlumatlıdır... Gözümüzlə gördüyümüz qədər həm uşaqların durumu, həm də hansı təhlükənin tam ortasında olduğunu görürük...
Şamaxı Rayonu İcra Hakimiyyəti də gördümü???
Yoxsa yenə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu məsələyə reaksiya verməlidir?

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları əgər yuxudan oyanıbsa, əvvəlcə araşdırsın, sonra  mətbuata məlumat versin...
4 uşaq... 4 əlacsızlıqla, təhlükə ilə qarşı qarşıya duran körpələr... Mən sığınacağımızda durumlarını normal vəziyyətə gətirəcəyimə söz verirəm...
Bircə gətirsinlər...
Elşad müəllim, yenə ümidim sizədir..."

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı