Modern.az

Vahid Mustafayevin "Qanlı Yanvar" filmi ilə bağlı AÇIQLAMA

Vahid Mustafayevin

Aktual

20 Yanvar 2022, 17:08

ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı Yanvar” filmi yayımlanıb. 


Modern.az xəbər verir ki, filmdəki bir səhnə - etirazçılar tərəfindən sovet əsgərlərinə hücum edilməsi və atəş açılması epizodu müzakirələrə səbəb olub. Bu epizodu müzakirə edənlər deyirlər ki, Bakı sakinləri həmin dövrdə sovet tanklarının qarşısına əliyalın çıxmışdılar.  


Həmin epizodla bağlı Modern.az-a danışan ANS-in əməkdaşı, filmin redaktoru Sevda Həsənova isə ekran əsərinin tarixi faktlar əsasında hazırlandığını diqqətə çatdırıb. Sevda Həsənovanın sözlərinə görə, 20 Yanvar hadisələrilə bağlı mənbələrdə 29 nəfər sovet əsgərinin qətlə yetirildiyi qeyd olunub:
 

“Vahid Mustafayev özü də 20 Yanvar hadisələrinin şahidi və iştirakçısı olub. Filmdə də göstərildiyi kimi, əvvəlcə Sovet qoşunları atəş açırlar... Etirazçılar tərəfdən isə sonra cavab verilir. Hadisə ilə bağlı mənbələri dəqiq araşdıranlar bilir ki, həmin vaxt 29 nəfər sovet əsgəri öldürülüb.
Biz niyə Azərbaycan xalqını yazıq kimi təqdim etməliyik? Xalq qırğın törədilən gecədə hansısa şəkildə öz mübarizəsini aparıb, müqavimətini göstərib, sovet əsgərinə sinə gərib. Baxın, Azərbaycan xalqını zəif göstərməyə çalışmağın nəticəsidir ki, bu gün ermənilər Şuşanı bizim ordumuzun deyil, türklərin azad etdiyini irəli sürürlər. Onlar deyirlər ki, Türkiyə olmasaydı, Azərbaycan xalqı qalib gələ bilməzdi. Axı belə deyil?! Bizim Qarabağ uğrunda mərd oğullarımız şəhid olub. Bizim əsgərlərimizin şücaəti erməniləri məğlubiyyətə düçar edib. Biz azərbaycanlıların hər bir faciənin, müsibətin qarşısında dura bilən xalq olduğunu unutmayaq!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV