Modern.az

Gənc qız nişanlısı tərəfindən döyüldü - Qolları sındı

Gənc qız nişanlısı tərəfindən döyüldü - Qolları sındı

Aktual

21 Yanvar 2022, 08:36

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı