Modern.az

Nazir generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Nazir generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO

Aktual

21 Yanvar 2022, 14:03

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

 

U.Şirinov sərəncama götürülüb.

 

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur. 

 

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

 

Vilayət Eyvazov generalın oğlunuİŞDƏN ÇIXARDI - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı