Modern.az

Zorakı hərəkətlər törədənləri həbs gözləyir

Zorakı hərəkətlər törədənləri həbs gözləyir

Aktual

21 Yanvar 2022, 18:01

Azərbaycanda zorakı hərəkətlər edənlər azadlıqdan məhrum ediləcək.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 133.1-1-ci maddə əlavə olunur.

 

Yeni maddəyə əsasən, məişət zəminində bu məcəllənin 126 və 127-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verənlər dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı