Modern.az

ÜST 12 yaşadək uşaqlara bu peyvəndi tövsiyə etdi

ÜST 12 yaşadək uşaqlara bu peyvəndi tövsiyə etdi

Aktual

22 Yanvar 2022, 09:05

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer COVID-19 əleyhinə peyvəndin azaldılmış dozasının 5-11 yaş arası uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib.

 

Modern.az bildirir ki, belə qərar tövsiyə immunizasiya üzrə Strateji Mütəxəssislər Qrupunun (SAGE) peyvəndi qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra qəbul olunub.

 

Hazırda Pfizer peyvəndi 12 yaş və yuxarı insanlar üçün istifadəyə tövsiyə olunur. Yeniyetmələr üçün isə böyüklərə tövsiyə olunan 30 milliqram əvəzinə 10 milliqram tövsiyə olunur.

 

"Bu yaş qrupu (5-11) yanaşı xəstəlikləri olan uşaqlar istisna olmaqla, peyvənd üçün ən aşağı risk qrupundadır", - SAGE sədri Alexandro Kravioto brifinqdə söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı