Modern.az

Ermənistanda yoluxma artdı - Ölü sayı 8 mini ötdü

Ermənistanda yoluxma artdı - Ölü sayı 8 mini ötdü

Aktual

22 Yanvar 2022, 10:02

Ermənistanda son sutkada daha 940 nəfərdə COVID-19 aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 350 897-yə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 026 nəfərdir.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 520 nəfərdir. İndiyədək 334 109 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 7 242 aktiv koronavirus xəstəsi var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı