Modern.az

Qanunsuz ov edən şəxs saxlanıldı

Qanunsuz ov edən şəxs saxlanıldı

Aktual

22 Yanvar 2022, 17:28

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Çolpu kənd sakini T.Əliyevdən bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı