Modern.az

Şamaxıda qanunsuz silah götürüldü

Şamaxıda qanunsuz silah götürüldü

Aktual

22 Yanvar 2022, 22:41

Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Hacıqədirli kəndində yaşayan Əvəz Heydərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

 

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ə.Heydərov barəsində qanunamüvafiq tədbir görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı