Modern.az

İranın BMT-yə borcunu bu ölkə ödədi

İranın BMT-yə borcunu bu ölkə ödədi

Aktual

23 Yanvar 2022, 10:06

İranın BMT-yə üzvlük haqqı ilə bağlı yaranan borcunu Cənubi Koreya hökuməti ödəyib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

 

Bildirilib ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb.

 

Qeyd edək ki, ödəniş İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı