Modern.az

Akardan Türkiyəni qınayanlara cavab

Akardan Türkiyəni qınayanlara cavab

Aktual

23 Yanvar 2022, 10:59

"Ukrayna aldığı silahlara görə ittiham edilə bilməz”.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu müdafiə naziri Hulusi Akar yerli mətbuata müsahibəsində deyib.

 

H. Akar Rusiya Federasiyası ilə Ukrayna arasındakı böhranın sülh yolu ilə, beynəlxalq hüquqa uyğun və Ukraynanın ərazi bütövlüyünə hörmət çərçivəsində, hər cür beynəlxalq platformada həll edilməsinin vacibliyini vurğulayıb:

 

“Türkiyə bir çox ölkə, həmçinin Rusiya və Ukrayna ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edir. Ukraynaya satılan SİHA-lar da bu əməkdaşlığın tərkib hissəsidir. Ukraynanın bu sistemlərin tədarükü və istifadəsi öz ixtiyarındadır. Ona görə də ixrac etdiyi bu sistemlərə görə Türkiyəni qınamaq olmaz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV