Modern.az

Krımla bağlı açıqlamasına görə İSTEFA VERDİ

Krımla bağlı açıqlamasına görə İSTEFA VERDİ

Aktual

23 Yanvar 2022, 12:11

Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb.


Modern.az xəbər verir ki, AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi “Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib. Müdafiə Nazirliyinin nümayəndəsi deyib:

 

“Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”.


Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib: “Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”.


Daha sonra məlum olub ki, alman səfiri bu məsələyə dair izahat vermək üçün Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı