Modern.az

Ukrayna hərbçiləri separatçını əsir götürdü

Ukrayna hərbçiləri separatçını əsir götürdü

Aktual

23 Yanvar 2022, 12:52

Ukrayna hərbçiləri Donbassda özünü respublika elan etmiş qondarma “Luqansk xalq respublikası”nın separatçısını ələ keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Luqanskdakı separatçıların milis rəhbəri İvan Filiponenko deyib.

 

“Yanvarın 22-də Svetlodarsk rayonunda patrul xidməti həyata keçirən Ukrayna hərbçiləri bir döyüşçümüzü əsir götürüblər”, - məlumata bildirilib. 

 

Qeyd edək ki, qondarma qurum hazırda beynəlxalq təşkilatlardan əsir götürülmüş diversantın geri qaytarılmasına kömək edilməsini istəyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı