Goranboy rayonunda bıçaq xəsarəti alan gənc oğlanın şəxsiyyəti dəqiqləşib.
Modern.az “Report"a istinadən xəbər verir ki, Goranboy rayon Muzdurlar kənd sakini, 2002-ci il təvəllüdlü M. Rafiyev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Qardaşı tərəfindən xəstəxanaya çatdırılan M. Rafiyev artıq əməliyyat olunub, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
(14:05)
Goranboy rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.
Modern.az xəbər verir ki, bıçaq xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.
Onun şəxsiyyəti və hansı şəraitdə bıçaq xəsarəti aldığı dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.