Modern.az

Bu gündən immunitet sertifikatı yeni qayda ilə verilir 

Bu gündən immunitet sertifikatı yeni qayda ilə verilir 

Aktual

24 Yanvar 2022, 09:56

Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək.

 

Modern.az xəbər verir ki, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək.

 

Əvvəllər bu müddət 14 gün idi.

 

Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı